Hindistanın baş naziri Narendra Modi 2036-cı ildə ölkədə Yay Olimpiya Oyunlarını təşkil etmək arzusunda olduğunu bildirib.

“Bir neçə həftə əvvəl Parisdə Olimpiada başa çatdı. Tezliklə Hindistanda keçiriləcək Olimpiadanın şahidi olacaqsınız. Biz 2036-cı il oyunlarına ev sahibliyi etmək üçün səy göstəririk.

İdman, biznes, ətraf mühit və ya əyləncə – Hindistan bu gün diqqət mərkəzindədir”, – deyə siyasətçi “Inside the Games”ə müsahibəsində bildirib.

Xatırladaq ki, növbəti Olimpiadalar Los-Anceles, sonra isə Brisbendə olacaq.

Shares: