“Liverpul” və “Mançester Yunayted” eyni futbolçuya müştəri düşüb. İngiltərə nəhəngləri Entoni Robinsonu transfer etmək istəyir.
Futbolinfo.az xəbər verir ki, onlar müdafiçini qış transfer pəncərəsi dövründə heyətinə qatmaq niyyətindədir. “Fulhem” hələlik oyunçusu üçün 40 milyon avro tələb edir, amma rəqabət üzündən qiymətin qalxması mümkündür.
2020-ci ildən London klubunda çıxış edən 27 yaşlı oyunçunun 4 illik müqaviləsi var. Mançesterlilər onu transfer etməyə daha yaxın görünür.