Bosniyanın “Sutyeska Foça” basketbol klubu ikinci komandasının oyunçusunu şəhər həbsxanasına yerləşdirib. Bu barədə “Basketnews” xəbər verir.
Bosniyanın ikinci divizionunda çıxış edən klub icarə qiymətlərinin yüksək olması səbəbindən belə qeyri-adi addım atmağa qərar verib. “Sutyeska Foça” əvvəlcə üç oyunçusunu həbsxanaya göndərəcəklərini bildirsə də, sonda ora yalnız bir basketbolçu yerləşdirib. Oyunçunun adı açıqlanmır.
“Şəhərimizdə kirayə haqqının yüksək olduğu bir dövrdə bu təklif klubun işini xeyli asanlaşdıracaq və onun inkişafına töhfə verəcək. Dəstəyinizə görə təşəkkür edirəm”, – deyə klubun mətbuat xidməti sosial şəbəkələrdə yazaraq əməkdaşlığa görə cəzaçəkmə müəssisəsinə təşəkkür edib.