AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, toplantıda Misli Premyer Liqasının 7-ci turunda keçirilən oyunlardakı neqativ hallar qiymətləndirilib.

“Turan Tovuz”la oyunda 5 futbolçusu sarı vərəqə alan “Araz-Naxçıvan” 700 manat cərimələnib. Görüşdə meydançaya kənar əşyalar atıldığına görə, tovuzlular 800 manat cəriməyə məruz qalıb.

“Sabah”la matçda 7 futbolçusu sarı vərəqə alan “Səbail” 700 manat ziyana düşüb. “Səbail”in azarkeşləri tərəfindən hakimlərin və qonaq komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyindən və bu hal cari mövsümdə ilk dəfə yaşandığından, qəsəbə təmsilçisinə xəbərdarlıq edilib. “Sabah” isə 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat xərc çəkməli olacaq.

“Sumqayıt” – “Zirə” oyununda Əsasnamənin tələbləri pozulduğuna görə birincilər 500 manat cərimə olunub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp