AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, bu gün baş tutan iclasda AFFA-nın bayrağı altında keçirilən müxtəlif turnirlərlə bağlı aşağıdakı qərarlar qəbul olunub:

AFFA Gənclər Liqasının “Kəpəz” PFK – “Turan Tovuz” FK oyunu bitdikdən sonra “Kəpəz”in futbolçu Sənan Əliyev təcavüzkar davranışa (rəqibi şillə ilə vurduğuna) görə qırmızı vərəqə aldığına görə 4 oyun cəzalandırılıb. “Turan Tovuz”un futbolçusu Elcan Xəlilov da təcavüzkar davranışa (rəqibi şillə ilə vurduğuna) görə qırmızı vərəqə aldığına görə 4 oyun cəzalandırılıb.

U-15 Liqasının “Metak” FK – “Neftçi” PFK oyunu ərzində “Metak”ın cəzalı baş məşqçisi Mehman Səfərov və “Metak”ın nümayəndəsi Salman Səfərov yan xətt hakimini dəfələrlə təhqir etdiklərinə görə 5 oyun cəzalandırlıblar. Oyun bitdikdən sonra azarkeşlər meydana daxil olaraq yan xətt hakiminə təzyiq etməyə çalışdıqlarına görə “Metak”a xəbərdarlıq edilib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp