“Bayer” gənc hücumçusu Florian Virtzi satmağın əleyhinə deyil. Leverkuzenlilər mövsüm bitən kimi Almaniya millisinin üzvü ilə yollarını ayırmağa hazırdır.
Futbolinfo.az xəbər verir ki, Bundesliqa çempionu bunu istədiyi məbləği alacağı təqdirdə edəcək. Bir çox klubun, əsasən də “Liverpul”la “Real”ın maraqlandığı futbolçuya 150 milyon avro ödəyən sahib çıxacaq. “Bayer” ona məhz bu qiyməti qoyub.
Leverkuzenlilərlə 3 illik müqaviləsi qalan Florian 4 ildir “Bayer”dədir. 21 yaşlı futbolçu klub akademiyasında yetişib.