Fransa millisinin və dünya futbolunun əfsanəsi Zinəddin Zidanın böyük oğlu Entso Zidan karyerasını başa vurub.
Futbolinfo.az xəbər verir ki, bu barədə “Diario AS” nəşri məlumat yayıb.
Yarımmüdafiəçi 29 yaşında bu addımı atıb.
Entso Zidan son olaraq İspaniyada “Fuenlabrada”nın formasını geyinib. O, bu klubdan 2023-cü ildə ayrılıb. Oyunçu karyerası ərzində 203 matç keçirib, 13 qol və 24 məhsuldar ötürmə ilə yadda qalıb.