İtaliyanın “İnter” klubunun futbolçusu Nikolo Barella bir ay yaşıl meydanlardan uzaq qalacaq.

Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçinin sağ ayağında əzələ dartılıb.

Oyunçu A Seriyasında “Udineze” və “Torino” ilə matçlarda komandasına kömək edə bilməyəcək. O, Çempionlar Liqasında Serbiyanın “Srvena Zvezda” klubu ilə görüşdə də meydana çıxmayacaq.

Barella 2020-ci ildən “İnter”in formasını geyinir.

Shares: