“Qarabağ” Avropa Liqasının Liqa mərhələsinin ilk turunda “Tottenhem”lə keçiriləcək oyun üçün İngiltərəyə yollanıb.

Futbolinfo.az xəbər verir ki, komanda Londona çarter reysi ilə gedib.

Sabah Bakı vaxtı ilə saat 21:30-da Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı olacaq.

“Tottenhem” – “Qarabağ” matçı sentyabrın 26-da Londondakı “Tottenhem Hotspur” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp