“Qarabağ”ın UEFA Avropa Liqasının 1-ci turundakı rəqibi “Tottenhem” 3 il yarımdan sonra bu turnirdə mübarizə aparacaq.

Futbolinfo.az xəbər verir ki, İngiltərə klubu sonuncu dəfə 2021-ci ilin martında qitənin ikinci dərəcəli klub turnirində çıxış edib. Həmin vaxt komanda 1/8 final mərhələsində gözlənilmədən Zaqreb “Dinamo”suna məğlub olmuşdu – 2:0, 0:3.

Maraqlıdır ki, həmin vaxtkı “Tottenhem”lə bugünkü komanda tam fərqlidir. Xorvatiya təmsilçisi ilə matça çıxan heyətdən cəmi 1 oyunçu qalıb. Bu, sol cinah müdafiəçisi Ben Deyvisdir. Ancaq o da artıq əsas heyət üzvü deyil. Bir sözlə, “Tottenhem”də Deyvisdən başqa bütün futbolçular “Qarabağ”la matçda ilk dəfə Avropa Liqasında London klubunun formasını geyinəcək.

Qeyd edək ki, sentyabrın 26-da Londonda keçiriləcək “Tottenhem” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Shares: