Yay fasiləsində “Neftçi”dən ayrılan Lukas Melano hələ də Azərbaycanı tərk etməyib.

Futbolinfo.az Argentina mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı hücumçu özünə yeni klub axtarışındadır.

Melano fürsətdən istifadə edərək 13-15 sentyabrda Bakıda təşkil edilən Formula-1 üzrə dünya çempionatının Azərbaycan Qran-prisini də izləyib. O, “Uilyams”ın pilotu olan həmyerlisi Franko Kolpatinonu tribunadan dəstəkləyib. Franko Bakıda finişə 8-ci çatıb.

Qeyd edək ki, Melano 2023-24 mövsümündə “Neftçi”nin formasını geyinib. O, Premyer Liqada 11 oyunda iştirak edib.

Shares: