Ağdaş Olimpiya İdman Kompleksində boks üzrə rayon birinciliyi keçirilib. Yarış Azərbaycan Boks Federasiyası, Ağdaş rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə reallaşıb.

Futbolinfo.az xəbər verir ki, turnirdə ümumilikdə 70-dək dəri əlcək ustası qalib adı uğrunda mübarizə aparıb. Yarışın keçirilməsin əsas məqsəd istedadlı boksçuları ortaya çıxarmaq, uşaq və yeniyetmələrin pis vərdişlərdən uzaq qalmasını təmin etmək və idmançılar arasında dostluq münasibətlərinin yaradılması olub.

Yarışda qalib gələn idmançılar təşkilatçılar tərəfindən təsis edilən diplom və medallarla təltif olunublar. Qaliblər həmçinin gələn ay paytaxt Bakıda təşkil olunacaq Azərbaycan çempionatına vəsiqə əldə edib.

3058031a d2bb 48b0 9be0 b11a8ea6c6b8 - Futbolinfo.az

BƏHRUZ MUSAYEV, AĞDAŞ

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp