Fransa millisinin sabiq üzvü Rafael Varan qəfil qərar qəbul edib. Mərkəz müdafiəçisi 31 yaşında karyerasını başa vurmaq istəyir.

Futbolinfo.az xəbər verir ki, bu yay “Komo”ya keçən təcrübəli oyunçu İtaliya klubu ilə müqavləsinə xitam verilməsi üçün danışıqlara başlayıb. O, gərgin qrafikdən bezib və ailəsinə daha çox vaxt ayırmaq üçün bu addımı atır. Varan Fransa millisindəki karyerasını da bu səbəbdən 29 yaşında dayandırmışdı.

Ötən mövsüm bitən kimi “Mançester Yunayted”dən ayrılaraq A Seriyası təmsilçisinə azad agent kimi keçən Varan 2+1 illik müqavilə bağlamışdı. Yetişdiyi “Lans”dan sonra 10 il “Real”da çıxış etmiş futbolçu 3 mövsümdə mançesterlilərin formasını geyib.

Shares: