Çimərlik futbolu üzrə Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsində keçirəcəyi oyunların təqvimi müəyyənləşib.

Futbolinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, A qrupunda yer alan millimiz oktyabrın 4-dən 15-dək İspaniyanın Kadiz şəhərində İspaniya, İngiltərə və Gürcüstan yığmaları ilə qarşılaşacaq.

Millimizin oyunlarının təqvimi belədir:

4 oktyabr

14:45. Azərbaycan – İngiltərə

5 oktyabr

14:45. Azərbaycan – Gürcüstan

7 oktyabr

20:00. İspaniya – Azərbaycan

Qeyd: Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.

Qeyd edək ki, komandamız bu gündən oktyabrın 3-dək Türkiyənin Alanya şəhərində təlim-məşq toplanışı keçəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp