Polşada baş verən daşqınlar idmançıları da biganə qoymayıb. Kişilərdən ibarət Polşa millisinin lideri, dünya reytinqində ilk onluqda yer alan Hubert Hurkaç təbii fəlakətdən əziyyət çəkənlərə yardım göstərmək qərarına gəlib.

Bu ilin sonuna qədər Hurkaç oyunlar zamanı hər bir eys üçün 100 avro ianə edəcək. Qeyd edək ki, polşalı tennisçi hazırda bu xüsusiyyətinə görə hamını qabaqlayır. Onun hər oyunda orta hesabla 20-yə yaxın eysi olur.

“Bu gündən başlayaraq mövsümün sonuna qədər hər eys üçün 100 avro pul ayrılacaq. İdman mənim üçün təkcə yarışmaq deyil, həm də ətrafdakılara təsir etmək vasitəsidir”, – deyə Hurkaç bildirib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp