Maykl Cordanın kiçik oğlu Markus Cordan sosial şəbəkələrin birində yeni saatını nümayiş etdirib.

Markusun kolleksiyasında çoxlu bahalı saatlar var. Bu dəfə fotoşəkildə 53,535 dollar dəyərində olan “Rolex Sky-Dweller” göstərilib. Markusun Orlandoda “Trophy Room” adlı eksklüziv idman ayaqqabısı mağazası fəaliyyət göstərir.

Xatırladaq ki, Markus idman və şou-biznes dünyasının tanınmış simalarındandır. O, əvvəllər atası ilə uzun müddət bir komandada oynamış Skotti Pippenin keçmiş həyat yoldaşı olmuş Larsa Pippenlə görüşüb. Skotti ilə Maykl birlikdə altı dəfə MBA çempionluğunu və Barselona Olimpiadasında qızıl medal qazanıblar.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp