19 yaşadək futzalçılar arasında final mərhələsi 2025-ci ildə keçiriləcək Avropa çempionatına Moldova evsahibliyi edəcək.

Futbolinfo.az Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, bununla bağlı UEFA İcraiyyə Komitəsi qərar qəbul edib.

Oyunlar gələn il sentyabrın 28-dən oktyabrın 5-dək paytaxtdakı “Kişinyov Arena”da keçiriləcək. Sayca 4-cü dəfə təşkil olunacaq qitə birinciliyinin seçmə oyunlarının da tarixləri açıqlanıb. Gələn ay – oktyabrın 31-də seçmə mərhələlərin püşkü atılacaq. İlkin mərhələnin oyunları gələn il yanvarın 21-dən 26-dək, əsas mərhələnin görüşləri isə 25-30 martda keçiriləcək.

Qeyd edək ki, U-19 yığmamız mübarizəyə indiyə qədər əsas mərhələsindən başlayıb. Komandaların yeni mövsümə hansı mərhələdən başlayacağı reytinq cədvəli əsasında müəyyənləşəcək.

“Kişinyov Arena” 2022-ci ilin dekabrında istifadəyə verilib, 5000 tamaşaçı tutumuna malikdir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp