“Lənkəran” heyətinə daha bir yerli basketbolçu cəlb edib.
Futbolinfo.az xəbər verir ki, komanda 28 yaşlı müdafiəçi Orxan Abbasovla anlaşıb.
Təcrübəli basketbolçu son olaraq “Gəncə”nin formasını geyinib. O, Rusiyanın “Simferopol”, “TimTim”, “Orlan” və “Moskva” klublarında da çıxış edib.
“Lənkəran” bundan əvvəl yerli basketbolçular Rəşid Abbasov, Zumrat Ankbazov, Varid Ağasızadə və Mirməcid İsmayılovu heyətinə qatıb.