Şuşada keçiriləcək Vüqar Həşimov Memorialının iştirakçıları II Fəxri xiyabanda olublar.

Futbolinfo.az xəbər verir ki, qrossmeysterlər görkəmli şahmatçı Vüqar Həşimovun məzarını ziyarət ediblər.

Ziyarətə Vüqar Həşimovun yaxınları, yarış iştirakçıları, Azərbaycan Şahmat Federasiyasının üzvləri, şahmatçılar və Təşkilat Komitəsinin nümayəndələri qatılıblar.

10-cu dəfə təşkil olunacaq Vüqar Həşimov Memorialı bu dəfə Şuşada baş tutacaq. Yarışın açılış mərasimi sabah, saat 14-30-da Şuşa Otel-Konqres Mərkəzində reallaşacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp