Son MBA çempionu Ceylen Braun öz brendi naminə böyük məbləğdən imtina edib.

“Boston Seltiks”in ulduz müdafiəçisi özünün 741 adlı idman malları brendini işə salıb. Buna görə də o, 50 milyon dollardan da çox sponsorluq müqavilələrindən imtina edib.

741 məhsulları oktyabrın 22-də satışa çıxarılacaq. Həmin gün MBA-da yeni mövsümün açılışıdır. İlk oyun günündə Boston komandasının basketbolçuları çempionluq üzüklərini alacaq, arenada isə yeni pankart qaldırılacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp