“Boka Xuniors” öz futbolçusunu cəzalandırıb. Serxio Romero komandanın qarşıdakı 2 matçında forma geyməyəcək.

Futbolinfo.az xəbər verir ki, bunun səbəbi argeninalının komandanın azarkeşlərinə qarşı davranışıdır. Ötən şənbə öz meydanında əzəli rəqib “River Pleyt”ə 0:1 hesablı məğlubiyyətdən sonra o, qəzəbli fanatlarla dalaşıb.

“Mançester Yunayted”in sabiq qapıçısı oyun bitincə onu təhqir edən bir “Boka” azarkeşinə cavab vermək üçün tribunaya dırmaşmağa dalaşıb, olayların böyüməsinə səbəbkar olub. Klub fanatların könlünü almaq üçün Romeronu qurban seçib.

Shares: