Misli Premyer Liqasının 8-ci turu çərçivəsində sentyabrın 28-i saat 19:30-da “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Sumqayıt” matçının biletləri satışa çıxarılıb.

Futbolinfo.az xəbər verir ki, qiyməti 2 (1B, 2B, 4A), 3 (3B) və 5 (3A) AZN təşkil edən biletləri aşağıdakı keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar:

https://iticket.az/en/events/sport/neftci-pfk-sumqayit-fk28/129692

“Neftçi Arena”nın kassalarında isə 1A, 2A və 5A sektorlarına olan biletlər (qiyməti 2 AZN) oyun günü saat 12:00-dan etibarən satışda olacaq.

Qeyd edək ki, “Neftçi” ev oyunlarının biletlərinə endirim də edib. Komandanın əvvəlki oyunlarında biletlər 3, 5 və 15 manata idisə, “Sumqayıt”la görüşün biletlərinin qiymətləri 2-5 manat aralığındadır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp