Final mərhələsi 2025-ci ilin iyununda baş tutacaq qadınlar arasında basketbol üzrə Avropa çempionatının (EuroBasket2025) seçmə mərhələsində Azərbaycan millisinin oyun qrafikində dəyişikliklər olub.

Futbolinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Beynəlxalq Basketbol Federasiyasının yekun qərarına əsasən, noyabrın 7-də Bakıda Polşa yığmasını qəbul etməli olan yığma bu matçı Polşanın Sosnoviç şəhərində yerləşən “Arena Sosnoviç”də keçirəcək.

Əvəzində isə 2025-ci il fevralın 9-da millimiz Bakıda Polşanı qəbul edəcək. Noyabrın 10-da Bakıda Litva kollektivi ilə keçirilməsi nəzərdə tutulan görüş də “Arena Sosnoviç”də gerçəkləşəcək.

Qeyd olunan dəyişikliklər noyabrda ölkəmizin Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına (COP29) ev sahibliyi etməsi ilə bağlıdır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp