“Arsenal”ın və Almaniya yığmasının keçmiş qapıçısı Yens Leman Oktoberfest şənliyindən sonra sürücülük vəsiqəsindən məhrum edilib. Bu barədə “t-online.de” məlumat yayıb.

Mənbənin yazdığına görə, sentyabrın 23-nə keçən gecə keçmiş futbolçu sərxoşluq şübhələrinə görə Münhenin mərkəzində nəqliyyat polisi tərəfindən saxlanılıb. Leman alkotester müayinəsindən keçə bilmədiyindən sürücülük hüququndan məhrum edilib.

Xatırladaq ki, Almaniya millisinin keçmiş qapıçısının adı ilk dəfə deyil ki, qalmaqalla hallanır.

Shares: