Britaniyalı Entoni Coşua və Deniel Dyubuanın IBF versiyası üzrə ağır çəkidə çempionluq uğrunda döyüş üçün aldıqları qonorarın məbləği məlum olub.
Xatırladaq ki, döyüş sentyabrın 22-nə keçən gecə Londonda “Uembli” stadionunda baş tutub və Dyubuanın beşinci raundda nokautla qələbəsi ilə yekunlaşıb. “GB News” portalının məlumatına görə, Coşua döyüş üçün 8 milyon dollar, Dyubua isə 4,7 milyon dollar qazanıb.
Bundan əlavə, hər iki boksçuya ödənişli yayımlara görə faiz ödəniləcək. Bu yolla Coşua daha 33,5 milyon dollar, Dyubua isə isə 13,5 milyon dollar əlavə gəlir götürəcək.