Azərbaycanı Monteneqronun Budva şəhərində keçiriləcək Balkan Kubokunda təmsil edəcək bədii gimnastlar müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, bu barədə Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Yarışda məşqçilər Sənan Mahmudlu, Daria Lehka və Nəzrin Cəfərzadənin rəhbərliyi altında fərdi proqramda Mədinə Dəmirova, Zəhra Cəfərova, İlona Zeynalova, Şəms Ağahüseynova, Məryəm Baloğlanova, Nur Sadıqova və Azadə Atakişiyeva iştirak edəcəklər.

Aysel Həsənova və Səbinə Hacıyeva isə hakim kimi fəaliyyət göstərəcəklər.

Balkan Kuboku sentyabrın 26-dan 29-dək keçiriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp