SOCAR daha bir Türkiyə klubunun sponsoru olub.

Futbolinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Azərbaycan şirkəti “İğdır” futbol klubu ilə müqavilə imzalayıb.

SOCAR Türkiyənin 1-ci Liqa təmsilçisinə 2024/25 mövsümü ərzində sponsorluq edəcək. İmza mərasimində SOCAR Türkiyə-nin baş direktoru Elçin İbadov, “İğdır” klubunun prezidenti Cantürk Alagöz, klub rəhbərləri və “İğdır FK” futbolçuları iştirak ediblər.

“İğdır” turnir cədvəlində 6 oyun keçirərək 10 xalla 5-ci yerdədir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp