“Neftçi” PFK “Badamlı” ilə tərəfdaşlıq müqaviləsi imzalayıb.

Azərbaycanın ilk mineral süfrə suyu brendi olan “Badamlı“ ölkənin ən köklü futbol klubu “Neftçi”nin su tərəfdaşı olacaq. Razılaşma 2026/27-ci illər mövsümünün sonunadək nəzərdə tutulub. Şirkət 3 il müddətində komandalarımızı içməli su ilə təmin edəcək.

“Neftçi” PFK-nın əsas komandasının oyun formalarında “Badamlı“ loqosu əks olunacaq.

İnsan sağlamlığı üçün zəngin mineral tərkibə malik, milli və beynəlxalq standartlara cavab verən Badamlı təbii mineral suyu 75 ildən çoxdur ki, süfrələri bəzəyir.

“Adıyla və dadıyla” şüarı ilə 7 çeşiddə qazlı, 12 çeşiddə qazsız mineral suları olmaqla ümumilikdə 19 çeşiddə məhsul istehsal olunur. Azərbaycanın ən qabaqcıl mineral su ixrac edən şirkətlərindən olan “Badamlı” mineral sular zavodu bir çox ölkəyə su ixracatı həyata keçirir.

Təbiətin qoynundan süzülərək gələn, minerallarla zəngin Badamlı suyunun komandamıza uğur gətirəcəyinə inanırıq. Bu yolda birgə addımlamağımız hər iki tərəf üçün xeyirli olsun.

Shares: