“Qarabağ” bu gün Avropa Liqasının Liqa mərhələsində ilk oyuna çıxacaq.

Futbolinfo.az xəbər verir ki, Ağdam klubu səfərdə İngiltərənin “Tottenhem” komandası ilə üz-üzə gələcək.

Londondakı “Tottenhem” arasındakı baş tutacaq oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək. Qarşılaşmanı Fransadan olan hakimlər briqadası idarə edəcək.

İngiltərə təmsilçisi doğma meydanda baş tutacaq bu oyunda uğurlu start arzusundadır. Azərbaycan çempionu da güclü rəqiblə çətin səfər oyununda ən azı uduzmamaq çüün mübarizə aparacaq.

Xatırladaq ki, Avroliqanın Liqa mərhələsində “Qarabağ”ı daha 7 komanda ilə görüş gözləyir.

Avropa Liqası
Liqa mərhələsi
26 sentyabr

23:00. Tottenhem – Qarabağ
Baş hakim: Villi Delajo (Fransa).
London. “Tottenhem” stadionu.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp