Bu gün Avropa Liqasının yeni formatda keçirilən Liqa mərhələsi start götürüb.

Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə 9 matç baş tutub.

Mərhələyə “Qarabağ”ın rəqiblərinin oyunları ilə start verilib. “Elfsborq” səfərdə uduzub, “Bodo Qlimt” evdə qalib gəlib. İsveç təmsilçisi Niderlandda “Alkmaar”ın qonağı olub. Hesabı qonaqlar açsalar da, sonradan meydan sahibləri oyunda dönüş yaradıblar. “Bodo Qlimt” isə öz meydanında güclü “Porto”ya qalib gəlib.

“Qalatasaray” əsas mərhələyə evdə başlayıb. “Sarı-qırmızılar” PAOK-u sınağa çəkiblər və inamlı qələbəyə seviniblər.

“Mançester Yunayted” öz meydanında xal itirib. “Qırmızı şeytanlar” “Tvente”nin müqavimətini qıra bilməyiblər.

Avropa Liqası
Liqa mərhələsi, 1-ci tur

25 sentyabr

“Alkmar” (Niderland) – “Elfsborq” (İsveç) 3:2
Qollar: Van Bommel, 44; 50. Parrott, 74-pen – Ouma, 23. Hedlund, 53.

“Bodo Qlimt” (Norveç) – “Portu” (Portuqaliya) 3:2
Qollar: Hoq, 15. Hauqe, 40; 62 – Omorodion, 8. Xul, 90.

“Mançester Yunayted” (İngiltərə) – “Tvente” (Niderland) 1:1
Qollar: K.Eriksen, 35 – Lammers, 68.

“Qalatasaray” (Türkiyə) – PAOK (Yunanıstan) 3:1
Qol: Baba, 48-öz qapısına. Y.Akgün, 76. İkardi, 90+5 – Konstantelias, 67.

“Dinamo” (Kiyev, Ukrayna) – “Latsio” (İtaliya) 0:3
Qollar: Dia, 5; 35. Dele-Başiru, 34.

“Ludoqorets” (Bolqarıstan) – “Slaviya” (Praqa, Çexiya) 0:2
Qollar: Yuraşek, 37. Xitil, 65.

“Midtyulland” (Danimarka) – “Hoffenhaym” (Almaniya) 1:1
Qollar: Osorio, 42 – Moerstedt, 90.

“Nitsa” (Fransa) – “Real Sosyedad” (İspaniya) 1:1
Qollar: Rosario, 45 – Barreneçea, 18.

“Anderlext” (Belçika) – “Ferentsvaroş” (Macarıstan) 2:1
Qollar: Versxaeren, 60. Dolberq, 66 – Traore, 86.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp