Azərbaycanlı futbolçusu Amil Yunanovun çıxış etdiyi Albaniyanın “Bilis” klubunda yeni baş məşqçi təyinatı reallaşıb.

Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda Nevil Dedeyə tapşırılıb.

49 yaşlı mütəxəssis baş məşqçi vəzifəsində Emanuel Eqbonu əvəzləyib.

“Bilis” ölkə çempionatında 6 turdan sonra 5 xalla 10 komanda 9-cu yeri tutur.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp