İngiltərə Premyer Liqasında mövsümə elə də uğurlu başlanğıc etməyən “Tottenhem” həftəsonu 6-cı tur çərçivəsində özü ilə eyni durumda olan “Mançester Yunayted”in qonağı olacaq.
Futbolinfo.az Britaniya mətbuatına istinadən xəbər verir ki, vacib qarşılaşma öncəsi London klubunun Avropa Liqasının ilk turunda “Qarabağ”la düşməsi komandanı sevindirib. Çünki “Tottenhem” ötən turda “Brentford” üzərində 3:1 hesablı qələbə qazanmasına baxmayaraq, formadan uzaqdır.
İngilislər belə bir durumda nisbətən zəif rəqiblə düşmələrini özünəinamı bərpa etmək baxımından şans hesab edirlər: “Tottenhem” Mançester səfəri öncəsi avrokubokda sıradan bir matça çıxacaq. Azərbaycan klubunun uzun səfər qət etdiyini nəzərə alsaq, görüş təmsilçimizin qələbəsi ilə yekunlaşmalıdır. “Tottenhem”in indiki durumda “Qarabağ”la düşməsi azarkeşlərin də üzündə təbəssüm yaratdı. Təbii ki, Azərbaycan klubu o qədər asan yem kimi görünmür. Ancaq evdə 2:0 hesablı qələbəni proqnozlaşdırmaq olar. Bunu həm də “Mançester Yunayted”lə qarşılaşmaya hazırlıq kimi qiymətləndirmək olar”.
Qeyd edək ki, bu gün Londonda keçiriləcək “Tottenhem” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.