Beynəlxalq Biatlon Birliyi (IBU) sprint və fərdi yarışlar üçün yeni start sistemi tətbiq edib.
Yarışlar zamanı adətən liderlər başlamaq üçün ilk qrupu seçirdilər. Qarşıdan gələn mövsüm üçün bu, artıq mümkün olmayacaq. Dünya Kubokunun ümumi reytinq cədvəlində ilk 15-likdə olan biatlonçular 42-dən 70-ə qədər olan hissədə nömrələr alacaqlar.
Beynəlxalq Biatlon İttifaqının məlumatına görə, yeni start sistemi televiziya və internetdə yarışlara baxan tamaşaçıların diqqətini daha uzun müddət saxlamağa imkan verəcək.