Avstraliya millisi qarışıq komanda estafetində 53,7 kilometr məsafəni 1:12,52,28 saniyəyə qət edərək veloşosse üzrə dünya çempionatının qalibi olub. Komandanın heyətində Maykl Metyuz, Cey Vayn, Ben O’Konnor, Qreys Braun, Brodi Çepman və Rubi Roseman-Qannon yer alıb.

İkinci yeri 0,85 saniyə geridə qalan Almaniya komandası (Marko Brenner, Maksimilian Şaxman, Migel Haydenman, Franziska Kox, Lian Liepert və Antonia Nidermayer) tutub. Bürünc medalları italiyalı velosipedçilər Edoardo Affini, Mattia Kattaneo, Filippo Qanna, Elisa Lonqo Borqini, Soraya Paladin və Qayya Realini (+8,25 saniyə) qazanıblar.

Şosse velosipedi üzrə dünya çempionatı, 2025:

Qarışıq estafet, 53,7 km.

Avstraliya – 1:12.52.28.

Almaniya – fərq +0,85.

İtaliya + 8.25.

Fransa + 23,83.

Danimarka + 2.06.52.

ABŞ + 2.16.81.

Shares: