65 yaşlı macarıstanlı Laslo Çonqradinin 1988-ci ildə Seulda keçirilən Olimpiya Oyunlarında qılıncoynatma idman növündə qazandığı qızıl medal oğurlanıb. İdmançı oğrunun mükafatı qaytaracağı təqdirdə medalı ona vəsiyyət edəcəyinə söz verib.

“İki həftədir ki, sakitləşə bilmirəm, çünki hər şey mənə oğurlanmış olimpiya qızıl medalımı xatırladır. Cinayətkara hər şeyi verərdim, amma onun üçün heç bir əhəmiyyət kəsb etməyən yararsız əşyanı geri qaytarmasını istəyirəm. Onu poçt qutusuna atın, istəsəniz, muzeyə qoymaram, sizə vəsiyyət edəcəyəm.

O, başqa vacib şeyləri də götürə bilərdi, amma nədənsə medal daha çox maraqlı gəlib. Oğru çox şeyə toxunub, onların üzərində çoxlu barmaq izləri var. Ona bu mesajı çatdırmaq üçün nə edəcəyimi bilmirəm: hirsimdən boynunu sındırmaq fikrim yoxdur, mən soyuqqanlı insanam”, – deyə Laslo sportal.hu portalına bildirib.

Shares: