İspaniyanın Leon şəhərində keçirilən gənclər arasında ağırlıqqaldırma üzrə dünya çempionatında 71 kq-a qədər çəki dərəcəsində mübarizə aparan polşalı Martina Dolenqa ştanqın altında qalmaqdan son anda qurtulub.
Təkanla qaldırma məşqi zamanı ştanqa bərkidilmiş çəkilər qopub. Bu səbəbdən də atletin ayağı burxulub və yıxılıb. Dəmir halqalar idmançının bir neçə santimetrliyinə düşüb. Zədən qurtulan Dolenqa yarışı 9-cu yerdə başa vurub.
Xatırladaq ki, ötən il o, gənclər arasında keçirilən dünya çempionatında bürünc medal qazanıb. Polşalı idmançı üçqat dünya çempionu və 2008-ci ildə Pekində keçirilən Yay Olimpiya oyunlarının bürünc mükafatçısı Martin Dolenqanın qızıdır.