Dünyanın üçüncü raketkası, ispan tennisçi Karlos Alkaras və 2023-cü il “US Open” çempionu ABŞ-li Kori Qauff Çin milli geyimlərində Pekindəki “Qadağan olunmuş Şəhər”ə  baş çəkiblər.

“Qadağan olunmuş Şəhər” Pekinin mərkəzində, Tiananmen meydanının şimalında yerləşir. O, dünyanın ən böyük saray kompleksidir. 1987-ci ildə “Qadağan olunmuş Şəhər” YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Xatırladaq ki, Alkaras Pekində keçirilən ATP-500 turnirinin 1/16 finalında fransalı tennisçi, dünyanın 51-ci raketkası Covanni Mpetçi Perrikardla qarşılaşacaq. Qauff isə Çinin paytaxtında keçirilən Masters turnirinin ikinci raundunda Fransa idmançısı Klara Burellə görüşəcək.

Shares: