İngiltərənin “Arsenal” klubunun 16 yaşlı qapıçısı Cek Porter London təmsilçisinin tarixinə düşüb.

Futbolinfo.az xəbər verir ki, İngiltərə Liqa Kubokunun 3-cü turunun “Bolton”la oyununda (5:1) ilk dəqiqələrdən meydana daxil olan qolkiper “topçular”ın əsas komandasında rəsmi oyuna çıxan ən gənc futbolçu ünvanını ələ keçirib.

Qapıçı debüt matçında 16 yaş 72 günündə olub.

Porter bu mövsüm həmçinin “Arsenal”ın U-21, İngiltərənin U-17 və U-18 komandalarının heyətində meydana çıxıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp