“Real” rəhbərliyi baş məşqçi Karlo Ançelotti ilə yeni müqavilə bağlamağa hazırlaşır. İtaliyalı mütəxəssisin uğurlu fəaliyyəti madridlilərin yola onunla davam etməsinə zəmin yaradıb.

Futbolinfo.az İspaniya mətbuatına istinadla xəbər verir ki, tərəflər yaxın günlərdə danışıqlar masası arxasına əyləşəcək. Hazırda 2026-cı ilin yayınadək olan anlaşmanın daha 2 il uzadılması planı var.

65 yaşlı çalışdırıcı 2021-ci ildən “Real”a rəhbərlik edir. 2013-15-ci illərdə də madridlilərin baş məşqçisi olmuş Ançelotti bu həftə klubla 300 oyun həddinə çatdı.

Shares: