Naftalanda “Vətənin müdafiəsinə hazıram” devizi altında şəhər birinciliyi keçirilib. Yarış poliatlon çoxnövçülüyü üzrə təşkil olunub.

Naftalan şəhər ümumtəhsil məktəblərinin X-XI sinif sagirdlərindən ibarət komandalar arasında keçirilən tədbirdə Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbin komandası 342 xal ilə 3-cü yerin, S.Vurğun adına 2 nömrəli tam orta məktəbin komandası 460 xal ilə 2-ci yerin, İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin komandası isə 616 xal ilə 1-ci yerin sahibi olub.

Qaliblər Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom və kubok ilə təltif olunublar.

BƏHRUZ MUSAYEV

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp