“Liverpul”un baş məşqçisi Arne Slot Federiko Kyezadan məmnundur. Bu yay “Yuventus”dan İngiltərə klubuna keən cinah hücumçusu yeni klubuna uyğunlaşır.

Futbolinfo.az xəbər verir ki, Slot onun tam formaya düşəcəyi günü gözləyir: “Kyeza kluba tam alışmalıdır. Komanda yoldaşlarına, oyun tərzimizə adaptaiya olunması lazımdır. Tam formasını yığdıqdan sonra daha çox fayda verəcək”.

Məşqçi oyunçunun mübarizə əzmini təqdir edir: “Yaxşı savaşçıdır, təslim olmur. Ehtiyacımız olanda çox köməyi dəyəcək”.

Shares: