F1-Insider nəşrinin məlumatına görə, bu gün RB komandası avstraliyalı pilot Daniel Rikkardonun komandadan ayrılması ilə bağlı açıqlama verəcək.

“Bu gün “Red Bull” RB sürücüsü Daniel Rikkardo ilə yollarını ayırmaq qərarını açıqlayacaq. Bizdə olan məlumata görə, Rikkardonun “Red Bull”un marketinq səfiri kimi işləməsi gözlənilir. Ancaq onun bu barədə düşünməsi üçün vaxta ehtiyacı var”, – deyə nəşr yazır.

Xatırladaq ki, Sinqapur Qran-Prisi ərəfəsində mediada və azarkeşlər arasında Rikkardonu yeni zelandiyalı Liam Lousonun əvəzləyəcəyi ilə bağlı söz-söhbətlər dolaşmağa başlamışdı.

Shares: