“Qarabağ” ilk dəqiqələrdəki rəqibin və azarkeşlərin təzyiqə davam gətirə bilsə, öz oyununu oynaya bilər”.
Bu sözləri futbolifo.az saytına açıqlamasında Arif Əsədov deyib.
Əsədov komandamızın ən azı 1 xalla vətənə dönməsinə ümid edir:
“Tottenhem” bu qrupun favoritlərindədir. Oynadığı çempionat da dünyanın ən güclü çempionatıdır. Bu baxımdan bizi çətin oyun gözləyir. Matça gəlincə, “Qarabağ” ilk dəqiqələrdə rəqibin və azarkeşlərin təzyiqinə davam gətirə bilsə, öz oyununu oynaya bilər. Necə ki, bunu “Bayer”lə qarşılaşmada gördük. Statistikada favorit “Tottenhem”dir, amma futbolda hər şey olur. Ümid edirik ki, komandamız ən azı 1 xalla vətənə dönər”.
GÜNAY SÜLEYMANOVA