Madrid “Real”ının BMW şirkəti ilə sponsorluq anlaşmasına görə futbolçular istədikləri modelləri seçiblər.

Futbolinfo.az xəbər verir ki, alman avtomobil istehsalçısı BMW üçüncü ildir ki, Madrid klubuna sponsorluq edir.

Bu müqavilə çərçivəsində komandanın futbolçuları və məşqçilərinə avtomobillər hədiyyə edilir. “Marca” qəztinin məlumatına görə, klub nümayəndələri beş avtomobil modeli arasından seçim edə bilərdilər: iX2, iX, i5, i7, XM.

Ən bahalı modelləri – 186 650 avroya – Vinisius Junior və Lukas Vaskes seçib.

Cud Bellingem, Kilian Mbappe, Rodriqo, Luka Modriç, Tibo Kurtua, Dani Karvaxal və bir sıra başqa futbolçular 179 min 900 avroya avtomobil götürüblər.

Ən ucuz modelləri Antonio Rüdiger və Aurelien Çuameni seçib – 58 550 avro.

“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti isə 114 min 450 avro dəyərindəki avtomobili götürüb.

60c6b79a 5a3a 4518 b7af d97d17655e6b - Futbolinfo.az
6a03b24a 4467 4681 b94e 84e85b45f3fa - Futbolinfo.az
4ff80e4f 13f4 464b 9f45 9082d5f40d30 - Futbolinfo.az
Shares: