“Fənərbağça” klubunun baş məşqçisi Şarunas Yasikyaviçus özünə və komandaya olan təzyiqlərə münasibət bildirib.

“26 və ya 27 ildir ki, peşəkar basketboldayam. Mən hər şeyi görmüşəm. Fərqli ölkələr, fərqli hadisələr. Bizdən heç bir gözlənti, üzərimizdə heç bir təzyiq yoxdur.

Türkiyədə ən yüksək ehtirasın olduğuna əmin deyiləm. Yunanlar və serblər daha çılğındırlar. Ehtiras olsaydı, mətbuat konfranslarında daha çox jurnalist olardı. Ölkə çempionatının oyunlarından sonra mətbuat konfransları keçirilərdi. Yəni, başqa ölkələrdə daha çox basketbol ehtirası var.

Başa düşə bilmirəm ki, niyə davamlı olaraq təzyiqdən danışılır. Biz bu baxımdan şanslıyıq. Oyunçular milyonlar qazanır. İşimiz sadəcə gəlib məşq etmək və oynamaqdır”, – deyə “Fənərbağça”nın baş məşqçisi qeyd edib.

Shares: