UEFA Avropa Liqasının Liqa mərhələsinin “Tottenhem” – “Qarabağ” oyununun vaxtı müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, bu barədə UEFA rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, görüşün keçiriləcəyi Londonda yaranan böyük tıxac Azərbaycan çempionunun qarşılaşmanın baş tutacağı “Tottenhem Hotspur” stadionuna planlaşdırılan vaxtda çata bilməsinə mane olub.

Buna görə də UEFA nümayəndələri görüşün Bakı vaxtı ilə 23:00 deyil, 23:35-də start götürməsinə qərar veriblər.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp