İBA Çempionlar Gecəsində iştirak edəcək boksçuların çəki və üz-üzə mərasimi keçirilib.

Futbolinfo.az xəbər verir ki, “Park Bulvar”da təşkil olunan tədbirdə yarış iştirakçıları tərəziyə çıxıblar.

Onlar ardınca üz-üzə gəliblər və bu, mərasimə qatılan azarkeşlər tərəfindən alqışlarla qarşılanıb.

Dünyanın ən güclü boksçularının iştirakı ilə Milli Gimnastika Arenasında baş tutacaq İBA Çempionlar Gecəsi sentyabrın 28-də keçiriləcək. Yarışda Nicat Hüseynov (51 kq, Azərbaycan) Con Zulueta (Filippin) ilə, Vsevolod Şumokov (57 kq, Rusiya) Mirazizbek Mirzaxalilovla (Özbəkistan), Qabil Mamedov (63,5 kq, Rusiya) Nurtas Ajbenovla (Qazaxıstan), Sərxan Əliyev (71 kq, Azərbaycan) Monx-Erdene Urançimeqlə (Monqolustan), Lenar Peres (90,7 kq, Kuba) Rosmen Brito (Venesuela) ilə, Məhəmməd Abdullayev (+92 kq, Azərbaycan) Kristian Salsedo (Kolumbiya) ilə, Məhəmmədrəsul Məcidov (+92 kq, Azərbaycan) Nursultan Amanjolovla (Qazaxıstan) və Solomon Adebayo (+92 kq, Nigeriya) ilə Cekson Myurrey (Avstraliya) döyüşəcəklər.

Shares: