İtaliyanın “Yuventus” kollektivi gənc futbolçusu Samuel Mbanqula ilə müqavilə müddətini artırıb.

Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “qoca sinyora” 20 yaşlı belçikalı cinah yarımmüdafiəçisi ilə 4 illik yeni sözləşmə imzalayıb.

Mbanqula 2023-cü ildən “Yuventus”un gənclərdən ibarət komandasına qoşulub. O, cari mövsüm əsas komanda ilə A Seriyasında debüt edib və 1 qola imza atıb.

Shares: