Bu gün Misli Premyer Liqasında 8-ci tura start veriləcək.

Futbolinfo.az xəbər verir ki, ilk gündə bir oyun baş tutacaq.

“Araz-Naxçıvan” “Səbail”lə üz-üzə gələcək. Məlum səbəblərdən bu qarşılaşma Sumqayıtda keçiriləcək. Naxçıvan təmsilçisi qalib gəlməklə liderlər qrupundakı mövqeyini yaxşılaşdırmağa, qonaqlar isə uğursuz gedişata son qoymağa çalışacaqlar.

Bu turun “Zirə” – “Kəpəz” və “Neftçi” – “Sumqayıt” oyunları sabah, “Şamaxı” – “Turan Tovuz” və “Qarabağ” – “Sabah” görüşləri isə sentyabrın 29-da baş tutacaq.

Misli Premyer Liqası
8-ci tur

27 sentyabr

“Araz-Naxçıvan” – “Səbail”
Hakimlər: Rauf Allahverdiyev, Vüsal Məmmədov, Teymur Teymurov, Fərid Hacıyev.
“Kapital Bank Arena”, 19:00.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp