Avropa Liqasının Liqa mərhələsində I turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, baş tutan 18 görüşdən sonra ümumi turnir cədvəli müəyyənləşib.

Yeni formatda keçirilən yarışa rəqiblərimizdən olan “Ayaks” liderlik edir. Niderland təmsilçisi “Beşiktaş”ı 4:0 hesabı ilə məğlub edərək, aktivindəki 3 xalla cədvəlin ilk pilləsində qərarlaşır.

“Tottenhem”ə İngiltərədə 0:3 hesabı ilə məğlub olan “Qarabağ” isə 36 komanda arasında 34-cüdür. Təmsilçimiz eyni nəticə göstərən Kiyev “Dinamo”su ilə bu yeri bölüşdürür. “Qarabağ” yalnız “Beşiktaş”ı qabaqlayır.

Qeyd edək ki, turnirdə II turun oyunları oktyabrın 3-də keçiriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp